İDMAN


UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycan klublarının rəqibləri müəyyənləşib

A+ A

Nyon, 5 avqust, AZƏRTAC

Avqustun 5-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 2016-2017-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb. Azərbaycanın bu turnirdəki təmsilçiləri - “Qarabağ” və “Qəbələ” komandalarının da pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Püşkatmada 44 klub sahib olduqları əmsallara görə “səpələnmişlər” və “səpələnməmişlər” olmaqla iki əsas qrupa bölünüb. “Səpələnmişlər” qrupunda yer alan “Qarabağ” klubunun pley-off mərhələsindəki rəqibi İsveçin “Qöteborq” klubudur.

“Səpələnməmişlər” qrupunda qərarlaşan “Qəbələ” isə pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Nyon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.