İDMAN
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib
Bakı, 22 iyul, AZƏRTAC
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ötən gün ikinci təsnifat mərhələsinin cavab oyunlarından sonra növbəti raundun 29 cütü bəlli olub.
Avropa Liqasında mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qəbələ” Fransanın “Lill” komandası ilə üz-üzə gələcək. Ümumilikdə bu mərhələdə çıxış edəcək 58 komandadan 25-i yarışa birbaşa bu raunddan qoşulanlar, 33-ü isə ötən raundun qalibləri olacaq.
Üçüncü təsnifat mərhələsində qarşılaşacaq cütlüklər aşağıdakılardır:
“Lill” (Fransa) - “Qəbələ” (Azərbaycan)
“Lokomotiv” (Xorvatiya) – “Vorskla” (Ukrayna)
“Sent-Etyen” (Fransa) - AEK (Yunanıstan)
AEK (Kipr) - “Spartak” (Moskva, Rusiya)
“Panduri” (Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Voyvodina” (Serbiya) - “Dinamo” (Belarus)
“Zaqlebiye” (Polşa) - “Sonderyuske” (Danimarka)
“Austriya” (Vyana, Avstriya) - “Spartak” (Trnava, Slovakiya)
“Herta” (Almaniya) - “Brondbü” (Danimarka)
“Vest Hem” (İngiltərə) - “Domjale” (Sloveniya)
“Lüzern” (İsveçrə) - “Sassuolo” (İtaliya)
AİK (İsveç) - “Panatinaikos” (Yunanıstan)
“İstanbul Başakşehir” (Türkiyə) - “Riyeka” (Xorvatiya)
“Videoton” (Macarıstan) - “Midtyulland” (Danimarka)
“Slaviya” (Çexiya) - “Rio Ave” (Portuqaliya)
“Osmanlıspor” (Türkiyə) - “Nomme Kalyu” (Estoniya)
“Herakles” (Hollandiya) - “Arouka” (Portuqaliya)
“Höteborq” (İsveç) - HİK (Finlandiya)
“Birkirkara” (Malta) - “Krasnodar” (Rusiya)
“Aberdin” (Şotlandiya) - “Maribor” (Sloveniya)
“Torpedo” (Belarus) - “Rapid” (Avstriya)
“Admira” (Avstriya) - “Slovan” (Çexiya)
“Alkmaar” (Hollandiya) – “Yannina” (Yunanıstan)
“Genk” (Belçika) – “Kork Siti” (İrlandiya)
“Gent” (Belçika) - “Vitorul” (Rumıniya)
“Yelqava” (Latviya) - “Beytar” (İsrail)
“Aleksandriya” (Ukrayna) - “Hayduk” (Xorvatiya)
“Şkendiya” (Makedoniya) - “Mlada Boleslav” (Çexiya)
“Qrasshoppers” (İsveçrə) - “Apollon” (Kipr)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 28-də, cavab matçları isə avqustun 4-də keçiriləcək.