İDMAN


UEFA Çempionlar Liqası: Qrup mərhələsində sonuncu turun ilk səkkiz görüşü oynanılacaq

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, birinci oyun günündə “A”, “B”, “C” və “D” qruplarda səkkiz qarşılaşma keçiriləcək.

“A” qrupunda “Bazel” (İsveçrə) “Arsenal”ı (İngiltərə) qəbul edəcək. PSJ Parısdə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq. Bu qrupda artıq onaltıdabir finalçılar məlumdur. PSJ (11 xal) və “Arsenal” (11 xal) klubları qitənin nüfuzlu turnirində yoluna davam edəcək. Digər iki komanda Avropa Liqasına vəsiqə üçün son cəhdini sınaqdan keçirəcək.

“B” qrupunda isə üç komanda növbəti mərhələyə namizəddir. “Napoli” (İtaliya – 8 xal), “Benfika” (Portuqaliya – 8 xal) və Türkiyənin “Beşiktaş” (7 xal) klubları onaltıdabir final uğrunda mübarizə aparacaqlar. “Benfika” komandası “Napoli”, “Beşiktaş” isə Kiyevdə qrupun sonuncusu “Dinamo” ilə üz-üzə gələcək. İstanbul klubu səfərdə üç xal qazandığı təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq yoluna davam edəcək. Avrokuboklar şansını itirən Ukrayna təmsilçisi üçün isə bu görüş təsəlli xarakteri daşıyacaq.

“C” qrupunda da hər iki görüş formal xarakter daşıyır. “Barselona” (İspaniya - 12 xal) və “Mançester Siti” (İngiltərə - 8 xal) klubları artıq növbəti mərhələni təmin ediblər. Almaniyanın “Borussiya” (Mönhenqladbax, 5 xal) klubu isə yoluna Avropa Liqasında davam edəcək. “Barselona” Almaniya təmsilçisini, “Mançester Siti” isə “Seltik”i (Şotlandiya) qonaq edəcək.

“D” qrupunda “Atletiko” (İspaniya - 15 xal) və “Bavariya” (Münhen - 9 xal) mərhələ adlayanlar sırasındadır. Almaniya klubu Madrıd təmsilçisini, qrupda Avropa Liqası uğrunda yarışacaq komandalar “Rostov” (Rusiya - 4 xal) isə PSV-ni (Hollandiya - 1 xal) qəbul edəcək. Bu cütdə PSV-ə yalnız qələbə, Rostov təmsilçisinə Avropa Liqasında iştirak etmək hüququ qazanmaq üçün bərabərlik də kifayət edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.