İDMAN


UEFA Çempionlar Liqası: Qrupa yüksələn iştirakçı komandalar müəyyənləşib

A+ A

Bakı, 25 avqust, AZƏRTAC 

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qrupda çıxış edəcək daha beş komandanın adına aydınlıq gəlib. “Styaua” (Rumıniya) ilə cavab matçına çıxan “Mançester Siti” (İngiltərə) bu dəfə də qələbə qazanıb. Ancaq meydan sahibləri ilk oyundakı 5:0 hesablı darmadağından sonra öz meydanında sadəcə 1 qol (1:0; 5:0) vurmaqla kifayətləniblər.

“Yanq Boyz”la (İsveçrə) səfərdən qalib ayrılan “Borussiya” (Mönhenqladbax, Almaniya) da ikinci oyunda rahat qələbəyə (6:1; 3:1) sevinib.

“Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya) görüşü isə rusların böyük hesablı (4:1; 1:1) qələbəsi ilə yekunlaşıb.

Xorvatiyanın “Dinamo Zaqreb” klubu səfərdə Avstriyanın “Zalsburq” komandasından (1:2; 1:1), Danimarkanın “Kopenhagen” klubu isə Kiprdə APOEL-dən (1:1; 1:0) güclü olmaqla, adlarını qrup mərhələsinə yazdırmağı bacarıblar.

Qeyd edək ki, bu görüşlərdən sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayıb. Məğlub olan komandalar isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

Bundan başqa, ilk oyun günündə qeydə alınan nəticələrdən sonra “Ludoqorets” (Bolqarıstan), “Seltik” (İsveçrə), “Legiya” (Polşa), “Porto” (Portuqaliya) və “Monako” (Fransa) komandaları da qrupa yüksəlib.

“Real Madrid”, “Barselona”, “Atletiko Madrid”, “Sevilya” (hamısı İspaniya), “Lester Siti”, “Arsenal”, “Tottenhem” (hər üçü İngiltərə), “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer” (hər üçü Almaniya), “Yuventus”, "Napoli” (hər ikisi İtaliya), “Benfika”, “Sportinq” (hər ikisi Portuqaliya), PSJ, “Lion” (hər ikisi Fransa), ÇSKA (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), PSV (Hollandiya), “Beşiktaş” (Türkiyə), “Bazel” (İsveçrə) və “Brügge” (Belçika) klubları isə birbaşa qrup mərhələsindən çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.