İDMAN
UEFA Çempionlar Liqası: “Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 26-da Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, Plzen şəhərindəki “Dusan Arena”da keçirilən qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.
Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılamyıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb. Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.
Beləliklə, “Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.