İDMAN


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib

Bakı, 21 iyul, AZƏRTAC 

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri məlum olub.

AZƏRTAC xəbər verir ki, dünən başa çatan ikinci təsnifat mərhələsinin görüşlərindən sonra pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq klubların tam siyahısı müəyyənləşib.

Azərbaycan klubu “Qarabağ” Çexiya “Viktoriya”sı ilə görüşəcəyi növbəti mərhələdə 15 cüt üz-üzə gələcək.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Rusenborq” (Norveç)-APOEL (Kipr), “Dinamo” (Zaqreb, Xorvatiya)-“Dinamo” (Tbilisi, Gürcüstan), “Olimpiakos” (Yunanıstan)–“Hapoel” (Beyer-Şeva, İsrail), “Astana” (Qazaxıstan)-“Seltik” (Şotlandiya), “Trençin” (Slovakiya)-“Legiya” (Polşa), “Viktoriya” (Çexiya)-“Qarabağ” (Azərbaycan), “Astra” (Rumıniya)-“Kopenhagen” (Danimarka), BATE (Belarus)-“Dandalk” (İrlanaiya), “Ludoqorets” (Bolqarıstan)-“Srvena Zvezda” (Serbiya), “Partizani” (Albaniya)-“Zalsburq” (Avstriya), “Ayaks” (Hollandiya)-PAOK (Yunanıstan), “Sparta” (Çexiya)-“Styaua” (Rumıniya), “Şaxtyor” (Ukrayna)-“Yanq Boyz” (İsveçrə), “Rostov” (Rusiya)-“Anderlext” (Belçika), “Fənərbaxça” (Türkiyə)-“Monako” (Fransa) görüşləri keçiriləcək.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları isə avqustun 2-3-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.