İDMAN


UEFA Çempionlar Liqasında ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

UEFA 2015-2016-cı illər mövsümündə Çempionlar Liqasında göstərdiyi nəticələrə və yayım hüququna görə ən çox qazanc əldə edən klubların siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya 83 milyon 853 min avro gəlirlə “Mançester Siti” klubu başçılıq edir. İlk onluqda sonrakı yerləri “Real Madrid” (80 milyon 67 min avro), “Yuventus” (76 milyon 256 min avro), “Pari-Sen-Jermen” (70 milyon 803 min avro), “Atletiko Madrid” (69 milyon 665 min avro), “Çelsi” (69 milyon 174 min avro), “Roma” (68 milyon 461 min avro), “Bavariya” (64 milyon 391 min avro), “Barselona” (56 milyon 552 min avro) və “Arsenal” (53 milyon 423 min avro) klubları tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.