İDMAN


UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, qrupa vəsiqə qazanan beş komandanın kimliyinə aydınlıq gəlib.

Gözlənilməz hesab “Roma” – “Porto” (0:3; 1:1) matçında qeydə alınıb. Səfərdə qollu bərabərə qalan italyanlar doğma azarkeşlər önündə darmadağın olublar. Görüşü 9 nəfərlə tamamlayan İtaliya təmsilçisi çıxışlarını Avropa Liqasında davam etdirəcək.

“Hapoel”in “Seltik”i (2:0; 2:5) Çempionlar Liqasından kənarlaşdırması üçün bir qolu çatmayıb. İsraillilər səfərdəki üç top fərqli məğlubiyyətə evdə iki qolla cavab versələr də, Çempionlar Liqası ilə vidalaşıblar. “Qarabağ”ı turnirdən kənarlaşdıran “Viktoriya” isə “Ludoqorets” (2:2; 0:2) səddini keçə bilməyib.

“Monako” səfərdə olduğu kimi, evdə də “Vilyarreal”a (1:0; 2:1) qalib gələrək yoluna davam edib.

Qeydə alınan nəticələrdən sonra “Ludoqorets”, “Seltik”, “Legiya”, “Porto” və “Monako” Çempionlar Liqasının, “Viktoriya”, “Hapoel”, “Dandalk”, “Roma” və “Vilyarreal” isə Avropa Liqasının qrupunda mübarizəni davam etdirmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.