İDMAN


UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bakı, 25 avqust, AZƏRTAC 

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monakoda başlayacaq. Avropanın ən güclü 32 komandası hərəsində dörd klub olmaqla səkkiz qrupa bölünəcək.

Qaydalara əsasən, komandaların adları dörd səbətə yerləşdirilib. Bölgü belədir:

Birinci səbət

“Real” (İspaniya), “Barselona” (İspaniya), “Lester” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya);

İkinci səbət

“Atletiko” (İspaniya), “Borussiya” D (Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Porto” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Almaniya);

Üçüncü səbət

“Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Lion” (Fransa), PSV (Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” M (Almaniya);

Dördüncü səbət

“Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), “Dinamo” (Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya).

Xatırladaq ki, qrup mərhələsinin oyunlarına sentyabrın 13-14-də start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.