İDMAN


UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, komandalar qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər. Qrup birinciləri səbətinə “Arsenal” (qrup “A”, İngiltərə), “Napoli” (“B”, İtaliya), “Barselona” (“C”, İspaniya), “Atletiko Madrid” (“D”, İspaniya), “Monako” (“E”, Fransa), “Borussiya Dortmund” (“F”, Almaniya), “Lester Siti” (“G”, İngiltərə) və “Yuventus” (“H”, İtaliya) komandaları daxil edilib.

Qrup ikinciləri səbətində isə “Paris Saint-Jermain” (qrup “A”, Fransa), “Benfika” (“B”, Portuqaliya), “Mançester Siti” (“C”, İngiltərə), “Bayern Münxen” (“D”, Almaniya), “Bayer Leverkuzen” (“E”, Almaniya), “Real Madrid” (“F”, İspaniya), “Porto” (“G”, Portuqaliya) və “Sevilya” (“H”, İspaniya) yer alıb.

Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı klubla qarşılaşa bilməz.

Püşkün nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə)– “Monako” (Fransa)

“Real Madrid” - “Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)

“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)

“PSJ” (Fransa) - “Barselona” (İspaniya)

“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə).

Səkkizdəbir final mərhələsinin ilk qarşılaşmaları gələn il fevralın 14-15-də və 21-22-də təşkil olunacaq. Cavab görüşləri isə martın 7-8-də və 14-15-də oynanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.