İDMAN


UEFA Çempionlar Liqasında üçüncü tura yekun vurulub

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da UEFA Çempionlar Liqasında üçüncü tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında səkkiz qarşılaşma keçirilib.

Günün ən maraqla gözlənilən qarşılaşması “Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) klubları arasında keçirilib. Rəqibinin qapısına dörd dəfə yol tapan İspaniya təmsilçisi qapısını toxunulmaz saxlamağı da bacarıb.

Türkiyənin “Beşiktaş” klubu isə İtaliyada “Napoli”dən üstün olub.

Üçüncü turun ikinci günündə aşağıdakı nəticələr qeydə alınıb.

“A” qrupu

“Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 6:0

“PSJ” (Fransa) – “Bazel” (İsveçrə) - 3:0

“B” qrupu

“Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə) - 2:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) - 0:2

“C” qrupu

“Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 0:2

“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 4:0

“D” qrupu

“Rostov” (Rusiya) – “Atletiko” (İspaniya) - 0:1

“Bavariya” (Almaniya) – “PSV Eyndhoven” (Hollandiya) - 4:1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.