İDMAN


UEFA Çempionlar Liqasında yeni rekord qeydə alınıb

Bakı, 8 dekabr, AZƏRTAC 

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda mütləq rekord rəsmiləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yeni rekord “Real Madrid” (İspaniya) - “Borussiya Dortmund” (Almaniya) matçında qeydə alınıb.

2:2 hesablı bərabərliklə başa çatan qarşılaşmada Bundesliqa təmsilçisi qrupdakı qollarının sayını 21-ə çatdırıb. Bununla da Almaniya klubu ən nüfuzlu klub turnirinin 24 illik tarixində qrup mərhələsində ən çox qol vuran komanda olub.

Xatırladaq ki, bunadək rekord 1998-1999-cu ildə “Mançester Yunayted”ə, 2011-2012 və 2016-2017-ci il mövsümlərində “Barselona”ya, 2013-2014-cü ildə isə “Real Madird”ə məxsus idi. Hər üç komanda qrupda 20 dəfə rəqib qapılarına yol tapmışdılar.

Dortmund təmsilçisinin heyətində isə qrupda ən çox qol vuran Aubameyanqdır. Qabonlu forvard 5 dəfə fərqlənməklə komandasının rekordu yenilənməsində pay sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.