İDMAN
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb
Nyon, 5 avqust, AZƏRTAC
Avqustun 5-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında 2016-2017-ci il mövsümü üçün pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:
“Ludoqorets” (Bolqarıstan) – “Viktoriya Plsen” (Çexiya)
“Seltik“ (Şotlandiya) – “Hapoel” (İsrail)
“Kopenhaqen” – “Apoel” (Kipr)
“Dandalk” (İrlandiya) – “Leqia Varşava” (Polşa)
“Dinamo Zaqreb” (Xorvatiya) – “Red Bull Zaltsburq” (Avstriya)
“Steaua Buxarest” (Rumıniya) – “Mançester Siti” (İngiltərə)
“Portu2 (Portuqaliya) – “Roma” (İtaliya)
“Ayaks” (Amsterdam, Niderland) – “Rostov” (Rusiya)
“Yanq Boys” (İsveçrə) – “Borussiya Mönxenqladbax” (Almaniya)
“Vilyareal” (İspaniya) – “Monako” (Fransa)
Pley-off mərhələsinin ilk görüşləri avqustun 16-17-də, cavab qarşılaşmaları isə avqustun 23-24-də oynanılacaq. Bu mərhələsinin qalibi olan 10 komanda növbəti mərhələyə vəsiqə qazanmış digər 22 klubla birlikdə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək. Qrup mərhələsinin püşkü avqustun 25-də Monakoda atılacaq.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Nyon