İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura yekun vurulacaq

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC 

Sentyabrın 28-də UEFA Çempionlar Liqasında növbəti matçlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qalan dörd qrupda oynanılacaq görüşlərdən sonra qrup mərhələsində ikinci tura yekun vurulacaq.

“A” qrupunda “Arsenal” komandası “Bazel”i qəbul edəcək. Qrupun digər matçında PSJ səfərdə “Ludoqorets”lə qarşılaşacaq.

“B” qrupunda İstanbulun “Beşiktaş” klubu Kiyev “Dinamo”sunu qəbul edəcək. İstanbul komandası ev oyununda 3 xal qazanacağı təqdirdə qrupun digər oyununun nəticəsindən asılı olmayaraq ən azı ikinci yerə yüksələcək. Paralel matçda isə İtaliya “Napoli”si Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək.

“C” qrupunda “Borussiya” (Münhenqladbax) – “Barselona” və “Seltik” – “Mançester Siti” qarşılaşmaları oynanılacaq.

“D” qrupunda gecənin daha bir maraqlı görüşü İspaniya paytaxtında keçiriləcək. Madrid “Atletiko”su Münhenin “Bavariya” klubu ilə üz-üzə gələcək. Eyni qrupda “Rostov” – PSV ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.