İDMAN


UEFA “Qəbələ”nin pley-off oyununda yerdəyişmə edib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC 

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” futbol klubları püşkün nəticəsinə görə, eyni gündə səfər və ev oyununa çıxmalı idi.

AZƏRTAC xəbər verir ki, artıq UEFA bu oyunlarla bağlı qərarını açıqlayıb. “Qarabağ” püşkə uyğun olaraq İsveç “Höteborq”u ilə ilk oyununu avqustun 18-də səfərdə, cavab matçını isə ayın 25-də Bakıda keçirəcək.

“Qəbələ” isə ilk oyununu avqustun 18-də səfərdə yox, Bakıda keçirəcək. Sloveniya “Maribor”u ilə mübarizə aparacaq Roman Qriqorçukun komandası avqustun 25-də səfərə yollanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.