İDMAN


UEFA “Qəbələ”yə maliyyə vəsaiti ayırıb

Bakı, 15 noyabr, AZƏRTAC

UEFA tərəfindən “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandasının Gənclər Liqasında iştirakına görə maliyyə vəsaiti ayrılıb.

AZƏRTAC xəbər verir ki, klubun hesabına köçürülən məbləğ 26 min avro təşkil edir.

Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb. “Qəbələ” Gənclər Liqasının “Çempionlar yolu” turnirinin I mərhələsində Rusiyanın “Dinamo” klubuna hər iki matçda (0:2, 0:4) uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.