İDMAN
UEFA futbol üzrə milli komandaların yeni reytinq siyahısını açıqlayıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
UEFA futbol üzrə milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının həm seçmə, həm də final mərhələlərini, həmçinin 2018-ci ildə Rusiyada təşkil olunacaq mundialın geridə qalan seçmə oyunlarını özündə əks etdirən siyahıda 55 milli komanda yer alıb. Reytinqdə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.
Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan yığmamızın xal hesabı 16 min 701-dək azalıb. Bu matçadək 16 min 871 xalı olan millimiz 164 xal itirib. Bu xal itkisi Robert Prosineçkinin yetirmələrinin 39-cu yerə enməsi ilə nəticələnib. Komandamız 38-ci pilləni Kiprə təhvil verib.
Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1-ci, San-Marino 54-cü yerdə qalsa da, hərəyə 1 pillə irəliləyən Çexiya 23-cü, Şimali İrlandiya 26-cı olub. Norveç isə 32-ci yerə enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]