İDMAN


UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb

Bakı, 15 noyabr, AZƏRTAC

UEFA 2016/2017-ci il mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil etmiş klubların hesabına pul köçürüb.

AZƏRTAC xəbər verir ki, qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” 1 milyon 88 min 460 avro qazandığı halda, “Qəbələ” 733 min 660 avro “irəli düşüb”.

Avroliqanın təsnifat mərhələsində iştirak etmiş “Neftçi” 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən “İnter” isə 58 min 660 avro qazanc götürüb.

Eyni turnirdə bir mərhələ keçmiş “Kəpəz” isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 avro köçürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.