İDMAN


UEFA-nın yeni prezidenti Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinə qarşıdır

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

UEFA-nın yeni prezidenti Aleksander Çeferin futbol üzrə Avropa çempionatının eyni vaxtda müxtəlif ölkələrdə keçirilməsinin əleyhinədir.

AZƏRTAC xəbər verir ki, futbol funksioneri “Avro-2020”dəki modelin bir daha tətbiq olunmamasının tərəfdarıdır.

Bununla bağlı danışan Çeferin bildirib ki, Avropa çempionatına qatılan yığmaların sayının 24-ə çatdırılmasını bəyəndim. Lakin turnirin eyni vaxtda birdən çox ölkədə keçirilməsi ürəyimcə deyil və bunun əleyhinəyəm. Bu model azarkeşlər üçün rahat deyil. Bir ölkədən digərinə getməkdə məna görmürəm. 2024-cü ildən etibarən bu halın təkrarlanmamasına çalışacağam”.

Qeyd edək ki, “Avro-2020” 13 ölkənin şəhərlərində keçiriləcək. Bunlar Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqodur (Şotlandiya).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.