İDMAN


UEFA-nın yeni prezidenti Bakıya gələcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

AZƏRTAC xəbər verir ki, səfər “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakıda yeni loqonun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Qitə futbol qurumunun rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd dək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.