İDMAN


UEFA yeni reytinq cədvəlini açıqlayıb

Bakı, 30 iyun, AZƏRTAC

Futbol üzrə avrokubokların birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, reytinqdə Azərbaycan mövqeyini dəyişməsə də, xal hesabını artırıb. Buna səbəb “Zirə”nin evdə “Differdange” (Lüksemburq) komandasına 2:0, “İnter”in səfərdə Serbiyanın “Mladost” klubuna 3:0 hesabı ilə qalib gəlməsi səbəb olub. Nəticədə Azərbaycan hesabına 0,500 xal yazdırıb.

Azərbaycanın ümumi əmsalı 15,250-yə çatıb. Azərbaycan hazırda Avropanın 23-cüsüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.