CƏMİYYƏT


UFAZ-a qəbul olunmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-dən ali məktəblərə qəbul imtahanlarında birinci qrup üzrə 500 və daha yüksək bal toplayan abituriyentlərin qeydiyyatı başlanıb. Sənədlərini təqdim etmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) gələn gənclər burada qeydiyyatdan keçiblər.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, sənədlərin qeydiyyatı iyulun 18-dən 23-dək online rejimdə (ufaz.edu.az saytında) və ya çap olunmuş şəkildə saat 10.00-dan 17.00-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (İKT Mərkəzi, birinci korpus, Azadlıq prospekti, 34) təqdim edilməlidir. Qeydiyyata alınmış abituriyentlər iyulun 27-də saat 10.00-da ADNSU-da keçiriləcək imtahanda iştirak edəcəklər. İki saat davam edəcək imtahan hər birində 10 sual olmaqla Azərbaycan və rus dillərində riyaziyyat, kimya, fizika və ümumi biliklər bölməsindən və ingilis dilində yazılacaq iki essedən ibarətdir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.