ELM VƏ TƏHSİL
UFAZ-da Frankofoniya həftəsinin yekun konserti
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti (UFAZ) tələbələrinin Frankofoniya həftəsi münasibətilə konserti təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə UFAZ-ın tələbələri fransız dilində şeirlər söyləyib, rəqslər, maraqlı səhnəciklər nümayiş etdiriblər.
Proqramın sonunda Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Frankofoniya həftəsinin UFAZ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Səfir tələbələrə təhsildə uğurlar arzulayıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-da qazanılan nailiyyətlərdən bəhs edib.