ELM VƏ TƏHSİL


UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı müasir dünyada təhsilin mühüm rolundan danışıb, tələbələrə bu sahədə yeni nailiyyətlər arzulayıb, onlara tövsiyələrini verib.

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib.

UFAZ-ın baş katibi Şarlotta Payen yay məktəbi barədə məlumat verib, tələbələrin iki həftə müddətində yay məktəbində səmərəli tədris-təcrübə keçəcəklərini bildirib.

Sonra tələbələrin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.