ELM VƏ TƏHSİL


UFAZ-ın tələbələri Fransanın Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcəklər

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin (UFAZ-ın) 40-dək tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində tədris-təcrübə keçəcək.

Bu barədə AZƏRTAC-a UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor qeyd edib ki, UFAZ-ın tələbələri yay məktəbində fransız dili üzrə tədris-təcrübə kurslarında iştirak edəcək, fransız mədəniyyəti ilə tanış olacaqlar.

V.Əsgərov 2017-2018-ci tədris ili üçün UFAZ-a tələbə qəbuluna hazırlıq işlərinin aparıldığını da bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.