ELM VƏ TƏHSİL


UFAZ tələbələrinin Strasburq Universitetində yay təcrübəsi başa çatıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri bu il iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak ediblər.

Bu barədə AZƏRTAC-a UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. Bildirilib ki, yay məktəbinə 40-dək UFAZ tələbəsi qatılıb. Tələbələr yay məktəbində fransız dili üzrə tədris-təcrübə kurslarında iştirak ediblər. Onlar, eyni zamanda, fransız mədəniyyəti ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.