SİYASƏT
UKRİNFORM Bakıda Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi barədə AZƏRTAC-ın materialını yayıb
Kiyev, 1 mart, AZƏRTAC
UKRİNFORM - Ukrayna Milli İnformasiya Agentliyi öz saytında AZƏRTAC-ın “Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının anma mərasimində iştirak edib” sərlövhəli materialını dərc edib.
Bildirilir ki, 23 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
UKRİNFORM oxucularına məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib, abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
İnformasiyanın tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev