CƏMİYYƏT


UNEC Biznes Məktəbinin MBA Proqramı geniş imkanlar açır

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbinin MBA Proqramı ali təhsilli ixtisaslı mütəxəssislərin rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə, eləcə də peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına şərait yaradır. Həmçinin, müasir biznes informasiyasının araşdırılması, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafı, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarə edilməsi və sahibkarlıq məntiqinin formalaşdırılması üçün geniş imkanlar açır.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqram magistrləri cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir. MBA proqramında rol oynama, biznes oyunu, müxtəlif ssenarilərin təqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir ki, bunun üçün də müasir tədris metodu və texnologiyalarından istifadə olunur.

Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarə edilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyllərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır.

Magistrın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən etibarən tədrisin təşkili və fənlərin mənimsənilməsi keyfiyyətinin artırılması məqsədilə dərslər intensiv formatda keçiriləcək. Tədris ili 4 semestrdən ibarət olacaq: 2 ay davam edən semestrdə 2 fənn tədris ediləcəkdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına müsbət təsir göstərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.