ELM VƏ TƏHSİL


UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək

Bakı, 7 fevral, AZƏRTAC 

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Rektor London Universiteti London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu UNEC-də əldə etmək imkanları və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından söz açıb. O, Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin fəaliyyətindən danışıb.

Dünya Bankının nümayəndələri bildiriblər ki, Bakıya səfərin məqsədi Azərbaycanın ali təhsil sistemindəki prioritetləri öyrənməkdir. UNEC-də həyata keçirilən layihələri yüksək dəyərləndirən qonaqlar elektron universitet modeli ilə differensial əməkhaqqı sistemini dünya təhsil məkanına inteqrasiyada müsbət addım adlandırıblar. Xarici universitetlərdən məzun olan gənc mütəxəssislərin UNEC-ə cəlb edilməsi təqdirəlayiq hesab edilib.

Görüşdə Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi müzakirə edilib. UNEC-in Dünya Bankının təhsilyönümlü nəşrlərinə çıxış əldə etmək imkanı, eyni zamanda, beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.