ELM VƏ TƏHSİL


“UNEC Ekspert”in xüsusi buraxılışı: “Strateji Yol Xəritələri”

Bakı, 29 may, AZƏRTAC

Ölkəmizdə aparılan iqtisadi islahatların istiqamət və hədəfləri barədə ictimayyəti analitik ekspert araşdırmaları ilə təmin etmək məqsədilə “UNEC Ekspert” jurnalının “Strateji Yol Xəritələri”nə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a bildirilib ki, jurnalın bu sayında neftin iqtisadi inkişaf drayveri rolunu itirməsindən sonra post-neft dövrünə dinamik keçidin təmin edilməsi məqsədilə qeyri-neft sahələrinin inkişaf etdirilməsi ilə bağlı islahatlar mənzərəsi tam təsvir olunub və islahatların fəlsəfi mahiyyəti açıqlanıb. Belə ki, jurnalda ölkə iqtisadiyyatının sahə və sektorları üzrə aparılan bütün islahatları təhlil edən ekspert yazılarında “Strateji Yol Xəritələri” tam əhatə olunub.

Jurnalda milli iqtisadiyyatın innovasiyalı inkişafı məsələləri, iqtisadiyyatda dövlətin dəyişən rolu, milli maliyyə sisteminin riskləri, ölkənin qeyri-neft ixrac potensialının reallaşdırılması imkanları, kənd təsərrüfatının və turizm sektorunun inkişaf istiqamətləri təhlil edilib. Eyni zamanda, neft gəlirlərinin istifadəsinin yeni “qızıl qaydası”na xüsusi yer ayrılıb. Beynəlxalq bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi üzrə kompleks və sistemli tədbirlərin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb.

Bununla bərəbər, jurnalda ölkədə aparılan iqtisadi islahatların və iqtisadi siyasətin sosialyönümlü olduğunu əks etdirən sosial evlər, kiçik və orta sahibkarılığın inkişaf perspektivləri ilə bağlı islahatlara dair araşdırma-analitik məqalə və ekspert şərhləri oxucuların dıqqətinə çatdırılır.

Jurnalda UNEC ekspertlərinin məqalələrində yer alan Bakının regional maliyyə mərkəzinə və nəqliyyat-tranzit qovşağına çevrilməsi perspektivləri ilə bağlı təhlillər geniş oxucu kütləsinin marağına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.