ELM VƏ TƏHSİL


UNEC: Elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. Bununla bağlı UNEC-də elektron kargüzarlığın təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimlərdə e-sənəd dövriyyəsinin üstünlüklərindən danışılıb.

UNEC-in ümumi şöbəsinin müdiri Rəşad Muradov qeyd edib ki, elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib. Sistem vasitəsilə universitetə daxil olan müraciətlər qısa müddətdə cavablandırılır. Elektron sənəd dövriyyəsi ötən illərlə müqayisədə 2 dəfə artıb. Elektron sənəd dövriyyəsi, həm də universitetdə kağızdan istifadəni minimuma endirib.

Universitetdə hazırda elektron sənəd dövriyyəsində 95 struktur bölmənin cəmləşdiyini diqqətə çatdıran R.Muradov gələcəkdə istifadəçilərin sayının artırılacağını bildirib.

İki gün davam edən təlimlərdə UNEC-in elektron sənəd dövriyyəsi sisteminin test versiyası üzərindən sənədlərin hazırlanması, imzalanması, göndərilməsi prosesləri izah edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.