CƏMİYYƏT


UNEC “Lider müəllim - lider universitet” layihəsinə başlayıb VİDEO

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider müəllim – lider universitet” layihəsinə başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2017-ci il iyunun 30-dək davam edəcək layihənin əsas məqsədi müəllimlərin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.

Layihəyə uyğun olaraq pedaqoji heyət arasında “Lider müəllim – innovativ müəllim”, “Lider müəllim – peşəkar müəllim”, “Lider müəllim – tədqiqatçı müəllim”, “Lider müəllim – ixtiraçı müəllim” və digər kriteriyalar üzrə müsabiqə keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.