CƏMİYYƏT


UNEC London İqtisadiyyat Məktəbinə qəbul elan edir

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) London Universiteti/London İqtisadiyyat Məktəbinin mühasibat və maliyyə, biznes və menecment ixtisasları üzrə bakalavr dərəcə proqramına tələbə qəbulu elan edir.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, dərslər bu ali təhsil ocağının əsas tədris binasında keçirilir və tələbələr lazımi dərs vəsaitləri ilə təmin olunurlar.

Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir. Təhsilini uğurla başa vuran tələbələr UNEC-in və London Universitetinin vahid nümunəli bakalavr diplomlarını əldə edirlər. Proqrama birinci kursu bitirən, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər. Sənədlər avqustun 20-dək qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.