CƏMİYYƏT


UNEC Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadrlar hazırlayır

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu (QMTTİ) ilə birgə kadr hazırlığını həyata keçirir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitet ilə QMTTİ arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən neft və qazın idarə edilməsi və daşınması üzrə magistr proqramı fəaliyyətə başlayıb.

Proqram çərçivəsində UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev QMTTİ-də Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər neft və qaz sənayesinin iqtisadiyyatı fənnini müvəffəqiyyətlə tədris edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.