CƏMİYYƏT


UNEC-UBIS ikili magistr dərəcə proqramları həyata keçirilir

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi” ilə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) birgə ikili magistr dərəcə proqramları həyata keçirir. Proqramlar “UNEC biznes məktəbi”nin MBA layihəsi çərçivəsində tətbiq olunur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ikili magistr dərəcə proqramları çərçivəsində diplomların verilməsi nəzərdə tutulur. UBIS tərəfindən biznesin idarə edilməsi (BBTU MBA), beynəlxalq əlaqələr (MA-IR), bank işi və maliyyə ixtisasları üzrə təhsil alan tələbələr magistr (MSBF) dərəcəsi alırlar.

UNEC-UBIS ikili magistr dərəcə proqramı üzrə ümumilikdə 15 fənn (48 ABŞ kreditinə ekvivalent), o cümlədən UNEC-də 10 fənn (30 ABŞ kreditinə ekvivalent), UBIS tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) tədris olunur və bir tədqiqat işi (3 ABŞ kreditinə ekvivalent) hazırlanır.

UBIS tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda (hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.