CƏMİYYƏT


UNEC alimlərinin məqaləsi “EcoMod 2016” Beynəlxalq konfransında dinlənilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yədulla Həsənlinin və UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin “Econometric Evaluation of the Factors Influancing Oil Prices” mövzusunda birgə məqaləsi “İqtisadi Modelləşdirmə- EcoMod-2016” Beynəlxalq konfransında dinlənilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransa Portuqaliyanın ISEG Lissabon Universiteti, Lissabon İqtisadiyyat və Menecment Məktəbinin Mürəkkəblik və İqtisadiyyat Araşdırmaları Mərkəzi ev sahibliyi edib.

Beynəlxalq konfransa 200-ə yaxın məqalə təqdim edilib. Materiallar iqtisadi və makroekonometrik modelləşdirmə, enerji və ətraf mühit, maliyyə, proqnoz metodları, oyun nəzəriyyələri, kənd təsərrüfatı, əmək bazarları, vergi siyasəti, ticarət məsələləri və s. mövzuları əhatə edib. Konfransa qatılan 38 ölkənin tanınmış iqtisadçıları və tədqiqatçıları ideyalarını paylaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.