ELM VƏ TƏHSİL


UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 30-31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edəcəklər.

Konfransın işi “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər üzrə təşkil ediləcək, iclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.