ELM VƏ TƏHSİL


UNEC-də “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” mövzusunda konfrans keçiriləcək

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 12-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” mövzusunda konfrans keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq, A.Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək. Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən “Aziz Sancarın Nobel bioqrafiyası” adlı kitabın təqdimatı olacaq.

A.Sancar uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. O, xaricdəki elmi araşdırmalarına görə Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən üç türk alimdən biridir.

Görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. A.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.