CƏMİYYƏT


UNEC-də abituriyentlər üçün növbəti “Açıq qapı” günü keçirilib

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov tədbir iştirakçılarına universitet haqqında ətraflı məlumat verib. O, tələbələr üçün UNEC-də yüksək təhsil və gələcək karyera imkanlarının yaradıldığını qeyd edib. Universitetdə tədrisin dörd dildə – Azərbaycan, türk, rus və ingilis dillərində aparıldığını bildirən Ş.Bayramov ikili diplom proqramları, UNEC Biznes Məktəbi, “SABAH” qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, Rus İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı barədə danışıb.

Ş.Bayramov qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq UNEC-in birinci kursuna daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcəyini deyib. Onun sözlərinə görə, tədris ilinin ilk semestri müddətində onlara 100 manat məbləğində təqaüd müəyyən edilib. Eləcə də hər bir kurs üzrə imtahan nəticələrinə görə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

Sonra abituriyent və valideynlərin ixtisas seçimi, imtahan prosesi, türk, ingilis və rus dillərində tədris, beynəlxalq əlaqələr barədə sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.