ELM VƏ TƏHSİL


UNEC-də “açıq qapı”: 30-a yaxın müraciət dinlənilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) hər həftənin şənbə günü keçirilən “açıq qapı” günləri davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə keçirilən növbəti görüşdə 30-a yaxın müraciət dinlənilib.

UNEC-in rektoru, professor Ədalət Muradov məsələlərin operativ həlli ilə bağlı struktur bölmələrə tapşırıqlar verib.

Milli Məclisin deputatı Fazil Mustafa “açıq qapı” günlərini dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, “açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.