CƏMİYYƏT


UNEC-də biznes simulyasiyası yarışı – “İnkişaf bi(r)likdədir”

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Yeniliyə Doğru Gənclər Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə “İnkişaf bi(r)likdədir” devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, yarışın keçirilməsinin məqsədi qiymətli kağızların alqı-satqı prosesinin və brokerlərin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir. Biznes simulyasiya “praktik təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya oyununda qiymətli kağızlar bazarında müxtəlif situasiyaların modelləşdirildiyini, iştirakçılara idarəetmənin bütün aspektləri – müddət, qiymət, risk, qərarları qəbul etmək bacarığı və digər amillər öyrədilir.

Simulyasiya yarışı iki gün davam edib. Hər biri dörd tələbədən ibarət 10 komanda qiymətli kağızlar bazarının iştirakçıları qismində çıxış edib. Yarışın birinci günü gənclər üçün idarəetmə bacarıqlarının inkişaf etdirilməsi üzrə ustad dərsi keçirilib, birja simulyasiya ilə tanışlıq olub. Bazarda olan müəyyən bir situasiyanın modelləşdirilməsi mövzusunda tapşırıqlar verilib və yarış test rejimində keçirilib. İkinci gün isə komandalar virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsi bacarıqlarını nümayiş etdiriblər. Komanda virtual bazarın dəyişən şərtlərinə, hadisələrinə və qiymətlərinə çevik reaksiya verərək idarə etdiyi kapitalın artmasını təmin edib.

Sonda maliyyə bazarı mütəxəssislərindən ibarət müstəqil münsiflər heyəti qalibləri müəyyənləşdirib. Vaxt və korporativ resurslardan optimal istifadə etməklə ən yaxşı nəticə göstərən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət komanda birinci yerin sahibi olub. Maliyyə və Mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi və Magistratura Mərkəzinin tələbə və magistrlərindən ibarət komanda ikinci, “SABAH” qruplarının komandası isə üçüncü yerə layiq görülüb. Biznes simulyasiya yarışının xüsusi nominasıyası olan “Bütün maliyyə alətlərindən istifadə edən” komanda isə biznes və menecment fakültəsinin tələbələrindən ibarət olub.

Birinci yerin qalibləri – UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Emil Alıyev, Arzu Əmirova, Səbinə Nəzəfzadə və Nəzrin Heydərova “ZZ group” şirkətinin təcrübə proqramında müsabiqədənkənar iştirak hüququ qazanıblar. Qeyd edək ki, bu şirkətdə təcrübədə olmaq üçün tələbələr iki mərhələli imtahandan keçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.