ELM VƏ TƏHSİL


UNEC dünya elm məkanına fəal inteqrasiya edir

Bakı, 31 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin sifarişi əsasında ölkəmizin ali təhsil müəssisələrinin dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters” bazasına tam çıxış əldə etməsi və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq olunan differensial əməkhaqqı sistemi müəllimlər arasında elmi rəqabəti gücləndirib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu rəqabət “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a daxil edilən elmi nəşrlərin sayında da özünü göstərir. UNEC-in əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35 faizi məhz son üç ilin (2014-2016) payına düşür.

Qeyd edək ki, 2016-cı ildə UNEC-in əməkdaşlarının 864 elmi məqaləsi, 16 monoqrafiyası, 27 dərsliyi, 48 dərs, 246 proqram və metodik vəsaiti nəşr olunub. Eyni zamanda, bu ali təhsil ocağının əməkdaşlarının 253 elmi məqaləsi dünyanın nüfuzlu xarici jurnallarında dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.