ELM VƏ TƏHSİL
UNEC-ə qəbul olan abituriyentlər müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan abituriyentlər müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyat üçün müvafiq sənədləri - attestatın əslini, şəxsiyyət vəsiqəsinin 3 ədəd, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin 2 ədəd və əmək kitabçasının surətlərini, həmçinin 3×4 ölçüdə 5 fotoşəkili (ağ fonda) (işləyənlər üçün) təqdim etməlidirlər.
Sənədlər avqustun 15-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10-dan 18-dək qəbul olunur.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəbə göndərilməyəcək.