ELM VƏ TƏHSİL


UNEC əcnəbilərin elektron qaydada qəbuluna başlayır

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əcnəbi vətəndaşlar üçün 21 ixtisas üzrə bakalavr və magistr səviyyələri üçün tələbə qəbulu elan edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, təhsil Azərbaycan, ingilis, türk və rus dillərində aparılır. Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dilini seçərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil almaq hüququ qazanırlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı, tövsiyə məktubu da tələb olunur. Lazım gəldikdə abituriyentlər “Skype” və ya telefon vasitəsilə müsahibəyə dəvət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.