ELM VƏ TƏHSİL


UNEC ilə Anadolu Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir

Bakı, 29 iyul, AZƏRTAC

Türkiyənin Anadolu Universitetinin dosenti, Burhan Doğan “Erasmus” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatında sənayeləşmə: Türkiyə təcrübəsi” mövzusunda mühazirə oxuyub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, B.Doğan tələbələrlə Azərbaycan barədə təəssüratlarını bölüşüb. O, UNEC-lə Anadolu Universiteti arasındakı əməkdaşlığın inkişafının hər iki ali məktəbə faydalı olacağını bildirib.

B.Doğan UNEC-in beynəlxalq əlaqələri və tədris proqramları ilə tanış olub, yay məktəbinin təşkili ilə maraqlanıb, dərsləri izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.