ELM VƏ TƏHSİL


UNEC ilə Macarıstan universiteti arasında gələcək əməkdaşlıq imkanları araşdırılıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Anar Kazımov “Erasmus+” proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində dərslər aparıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, dərslər biznesin idarəolunması ixtisası üzrə əcnəbi tələbələr üçün təşkil olunub.

Səfər çərçivəsində UNEC və Dunaujvaros Universiteti arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.