ELM VƏ TƏHSİL


UNEC ilə “Thomson Reuters” agentliyi birgə konfrans keçirəcək

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Thomson Reuters” agentliyinin birgə təşkilatçılığı ilə bu ilin mayında UNEC-də beynəlxalq konfrans keçiriləcək.

Bu barədə UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun Tailandın Suan Sunandha Rajabhat Universitetinin professoru Denis Uşakov ilə görüşündə danışılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə konfransın detalları müzakirə olunub, mövzular müəyyənləşdirilib. Həmçinin birgə əməkdaşlıq çərçivəsində dünya standartlarına uyğun elmi jurnalın nəşri və elmimetrik mövzuda dərsliyin tərcüməsi ilə bağlı fikir mübadiləsi aparılıb. D.Uşakov elmimetriya sahəsində Asiya ölkələrinin təcrübəsindən faydalanmağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.