CƏMİYYƏT


UNEC ilə “Thomson Reuters” birgə beynəlxalq konfrans keçirəcək

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Thomson Reuters” şirkəti birgə beynəlxalq konfrans keçirəcək.

Bu barədə universitetin elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in elmi-tədqiqatlar və intellektual mülkiyyət departamentinin rəhbəri Oleq Utkinlə görüşündə danışılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəblə “Thomson Reuters” arasında əməkdaşlıq münasibətləri müzakirə edilib. Elmi kommunikasiya mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi, dünya standartlarına uyğun elmi jurnalın nəşri, elmimetrik mövzuda dərsliyin tərcüməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələn ilin mayında “Thomson Reuters” və UNEC-in birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa hazırlıqla bağlı məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.