ELM VƏ TƏHSİL


UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində “ISE Economic Talks” layihəsinə başlanılır

Bakı, 9 fevral, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində “ISE Economic Talks” layihəsinə başlanılır.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi bu ali təhsil müəssisəsinin müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və müzakirələr təşkil etməkdir. Layihə çərçivəsində qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə olunacaq. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil ediləcək.

Ayda iki dəfə keçiriləcək müzakirələrin mövzuları səsvermə yolu ilə seçiləcək. Təkliflərə əsasən yeni müzakirə istiqamətləri müəyyənləşdiriləcək.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.