CƏMİYYƏT


UNEC-in Süleyman Dəmirəl Universiteti ilə əməkdaşlıq imkanları genişlənir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi etdiyi “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans ölkələrimizin universitetləri arasında əlaqələrin qurulmasında mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Süleyman Dəmirəl Universitetinin dekanı, professor Murat Okçu jurnalistlərə müsahibəsində deyib.

M.Okçu UNEC ilə Süleyman Dəmirəl Universiteti arasında bu münasibətlərin daha da genişlənməsi üçün bakalavriat, magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının və distant təhsilin inkişaf etdirilməsi üzrə bazanın yaradılması istiqamətində birgə işlərin aparılmasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.